RU

“Subaru” 5500 ə yaxın avtomobilini geri çağırır

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaponiyanın “Subaru” avtomobil istehsalçısı əyləc sistemindəki nazasazlıqla əlaqədar 5467 avtomobilini geri çağırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin veb saytında məlumat verilib.

Məlumata görə, geri çağırılma 2015-2019-cu illər arasında istehsal olunan “Legacy”, “Outback” və XV model avtomobilləri əhatə edir.

Geri çağırılmanın səbəbi nəqliyyat vasitəsinin istismarı zamanı elektrik əyləc konnektorunun nasaz konnektor kilidi ilə əlaqədar ayrılmasıdır.

Qeyd olunur ki, mümkün nasazlıq nəticəsində elektrik əyləc nasazlığı göstəricisi yanıb-sönə, həmçinin, əyləc işləməyə bilər.

Beləliklə, geri çağırılmadan təsirlənən bütün nəqliyyat vasitələrində elektrik əyləc konnektoru təmir təlimatlarına uyğun olaraq yoxlanılacaq və ehtiyac olacağı təqdirdə təmir ediləcək və ya dəyişdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
yeniavaz.com

2Источники