RU

“Subaru” 5500-ə yaxın avtomobilini geri çağırır


Yaponiyanın “Subaru” avtomobil istehsalçısı əyləc sistemindəki nazasazlıqla əlaqədar 5467 avtomobilini geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin veb saytında məlumat verilib.
Məlumata görə, geri çağırılma 2015-2019-cu illər arasında istehsal olunan “Legacy”, “Outback” və XV model avtomobilləri əhatə edir.
Geri çağırılmanın səbəbi nəqliyyat vasitəsinin istismarı zamanı elektrik əyləc konnektorunun nasaz konnektor kilidi ilə əlaqədar ayrılmasıdır.
Qeyd olunur ki, mümkün nasazlıq nəticəsində elektrik əyləc nasazlığı göstəricisi yanıb-sönə, həmçinin, əyləc işləməyə bilər.
Избранный
6
1
yeniavaz.com

2Источники