Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Bu komandalar arasında ilk matçda qalib aşkarlanmayıb. 19:00-da start götürəcək görüşü FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Qeyd edək ki, bu gün mərhələ adlayacaq komanda yarımfinalda “Turan Tovuz” – “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
3 mart (çərşənbə axşamı)
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0