AZ

Azərbaycan kubokunda ilk yarımfinalçı müəyyənləşir

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək. 

QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.

“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Bu komandalar arasında ilk matçda qalib aşkarlanmayıb. 19:00-da start götürəcək görüşü FİFA referisi Elçin Məsiyev idarə edəcək. 

Qeyd edək ki, bu gün mərhələ adlayacaq komanda yarımfinalda “Turan Tovuz” - “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

3 mart (çərşənbə axşamı)

19:00. “Zirə” - “Sumqayıt”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:0 

4 mart (çərşənbə)

19:00. “Qarabağ” -  “Şamaxı”
İlk oyun - 1:2

5 mart (cümə axşamı)

14:30. “Kəpəz” - “Turan Tovuz”
İlk oyun - 0:1 

18:00. “Qəbələ” - “Sabah”
İlk oyun - 0:0 

Seçilən
11
2
teleqraf.com

4Mənbələr