RU

Martda xoş xəbərlərlə sevinəcək BÜRCLƏR

Mart ayı bəzi bürclər üçün sakit başlanğıcla yadda qalsa da, yaxın günlərdə onları sevindirici xəbərlər gözləyir.

Milli.Az xəbər verir ki, tarot proqnozlarına görə, sevinc gətirəcək hadisələr mərhələli şəkildə baş verəcək.

Oğlaq
Oğlaqlar mart ayına bir qədər ləng ritmlə başlasalar da, bu fasilə onların xeyrinə işləyəcək. Gecikmə kimi görünən vəziyyət əslində daha sağlam nəticəyə zəmin yaradır. Xoş xəbərlər ayın əvvəlində deyil, bir qədər sonra gələcək.

Tərəzi
Tərəzilər üçün bu ay daxili balansın bərpası dövrüdür. Uzun müddətdir davam edən anlaşılmazlıq və ya inciklik yumşaq şəkildə həllini tapa bilər. Bahar onlara rahatlıq gətirəcək, lakin kəskin dönüşlər gözlənilmir.

Xərçəng
Xərçənglər martda onları yoran məsuliyyətlərdən bir qismini geridə qoymaq imkanı əldə edəcəklər. Qarşıdakı mərhələ çətin olsa da, xoş xəbərlər məhz bu yüngülləşmədən sonra gələcək.

Buğa
Buğalar artıq sevinc verməyən bir situasiyadan uzaqlaşmaq qərarı verəcəklər. Sakit, amma önəmli dəyişiklik dövrü başlayır. Əsas xəbərlər isə bu daxili dönüş tamamlandıqdan sonra eşidiləcək.

Əkizlər
Əkizlər üçün mart ayı dəstək və əməkdaşlıqla yadda qalacaq. İş və ya şəxsi sahədə kiçik, amma nəzərəçarpan irəliləyiş mümkündür. Xoş xəbərlər daha təcrübəli bir şəxslə qurulan əlaqə sayəsində gələ bilər.

Balıqlar
Balıqlar üçün ay emosional dalğalanmalarla keçsə də, intuisiya onları doğru istiqamətə aparacaq. Uzun müddətdir qaranlıq qalan məsələyə aydınlıq gəlməsi sevindirici xəbər kimi qarşılanacaq.

Milli.Az

Избранный
41
milli.az

1Источники