RU

Laporta seçkilərdə iştirak etmək üçün 8171 imza toplayıb

"Barselona" prezidenti seçkilərində namizədləri dəstəkləmək üçün toplanan imzaların sayı açıqlanıb. Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, rəsmi qeydiyyat üçün hədd 2237 imzadır.Klubun keçmiş prezidenti Joan Laporta ən çox imza təqdim edib - 8171. 2021-ci ildə keçirilən son seçkilərdə o, 10272 imza toplaya bilmişdi. "Blauqrana"nın keçmiş məşqçisi Xavinin dəstəklədiyi Viktor Font 5144 imza toplayıb. Onu doqquz imza toplayan Uilyam Meddok da dəstəkləyib."Barsa" akademiyasının yetirməsi Mark Siria onu dəstəkləyənlərin 2840 imzasını təqdim edib."Barselona"nın idarə heyətinin keçmiş üzvü Xavi Vilajoana 1621 imza toplaya bilib. Buna görə də o, rəsmi olaraq namizəd kimi qeydiyyata alınmayacaq.Digər namizəd Daniel Xuan cəmi 84 imza təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
5
olaylar.az

6Источники