RU

Təhqiramiz bir şey demirsizsə, niyə ağzınızı bağlayırsız?" - FİFA prezidentindən yeni təklif

FİFA prezidenti Canni İnfantino matçlar zamanı rəqibləri ilə mübahisə edən və ağızlarını köynəkləri ilə örtən oyunçulara qırmızı vərəqə verilməsini təklif edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu yaxınlarda Çempionlar Liqası matçında “Benfika”nın oyunçusu Canluka Prestianninin “Real”ın vingeri Vinisius Juniorla ağzını köynəyi ilə bağlayaraq danışması və braziliyalı futbolçunun bundan sonra hakimə irqçi təhqirlərdən şikayətlənməsi haqda danışıb:

“Oyunçu ağzını bağlayıb nəsə deyirsə və sonra irqçi təhqirdə ittiham olunursa, deməli, o, qırmızı vərəqə almalıdır.

Söhbət iddia edilən təhqirdən deyil, sadə məntiqdən gedir. Təhqiramiz bir şey demirsizsə, niyə ağzınızı bağlayırsız?”

“Real” “Benfika”nı ümumi 3:1 hesabı ilə məğlub edib.

Избранный
14
sportinfo.az

1Источники