RU

İran Bəhreyni Səudiyyəyə birləşdirən körpünü də vurdu – VİDEO

Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən Kral Fəhd Körpüsünə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, materiklə ada dövləti arasında yeganə quru əlaqə yolu olan körpüyə pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Qeyd edək ki, Kral Fəhd Körpüsü Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirir və iki ölkə arasında mühüm nəqliyyat arteriyası hesab olunur. Körpü yük və sərnişin daşımaları üçün əsas marşrut olmaqla, iqtisadi və turizm əlaqələrinin təmin edilməsində strateji rol oynayır.


Bizim.Media

Избранный
43
bizim.media

1Источники