RU

Azərbaycan kubokunda ilk yarımfinalçı bu gün müəyyənləşəcək

Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilir.

Hafta.az xəbər verir ki, ilk oyun günündə "Zirə" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək.

Xatırladaq ki, bu cütlük arasında keçirilən ilk oyun 0:0 hesabı ilə nəticələnib.

Azərbaycan kuboku

1/4 final

19:00. "Zirə" - "Sumqayıt"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, bu gün mərhələ adlayacaq komanda yarımfinalda "Turan Tovuz" - "Kəpəz" cütünün qalibi ilə üz-üzə gələcək.

Избранный
11
1
hafta.az

5Источники