RU

Əli Mirəliyevi görən əməkdar artist qaşqabağını töküb üzünü çevirdi - VİDEO

Əməkdar artist Ruhəngiz Musəvi televiziya efirində nümayiş etdirdiyi davranışla diqqət mərkəzinə düşüb.

Milli.Az-ın məlumatına görə, sənətçi "Xəzər axşamı" verilişinin qonağı olarkən ona illər əvvəl çəkilmiş arxiv kadrları təqdim edilib. Həmin görüntülər arasında Musəvinin Əli Mirəliyevlə birlikdə ifa etdiyi duet də yer alıb.

Kadrlar efirə gedən zaman Ruhəngiz Musəvi gözlənilməz reaksiya verib. O, üzünü yana çevirərək həmkarını görmək istəmədiyini bildirib. Sənətçinin bu davranışı studiyada qısa müddətli təəccüb yaradıb.

Məsələ ilə bağlı əlavə açıqlama verilməsə də, həmin anlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin reaksiyasının səbəbi barədə müxtəlif ehtimallar səsləndiriblər.

Musa
Milli.Az

Избранный
34
2
milli.az

3Источники