AZ

Əməkdar artistin efirdə Əli Mirəliyevlə arxiv görüntüləri yayımlandı

Əməkdar artist Ruhəngiz Musəvi televiziya efirində nümayiş etdirdiyi davranışla diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişinin qonağı olarkən ona illər əvvəl çəkilmiş arxiv kadrları təqdim edilib. Həmin görüntülər arasında Musəvinin Əli Mirəliyevlə birlikdə ifa etdiyi duet də yer alıb.

Kadrlar efirə gedən zaman Ruhəngiz Musəvi gözlənilməz reaksiya verib. O, üzünü yana çevirərək həmkarını görmək istəmədiyini bildirib. Sənətçinin bu davranışı studiyada qısa müddətli təəccüb yaradıb.

Məsələ ilə bağlı əlavə açıqlama verilməsə də, həmin anlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin reaksiyasının səbəbi barədə müxtəlif ehtimallar səsləndiriblər. (Milli.Az)

Seçilən
0
2
publika.az

3Mənbələr