RU

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

Yaxın Şərqdə müharibə enerji bazarlarında ciddi dalğalanmaya səbəb olub. Avropada qazın qiyməti Qətərin dövlət enerji şirkəti “QatarEnergy”nin mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırdığını elan etməsindən sonra kəskin artıb.

AZƏRTAC xəbər verir ki, Qətərdə yerləşən əsas qaz emalı obyektlərinə İran dronlarının hücumundan sonra şirkət mayeləşdirilmiş qaz (LNG) və törəmə məhsulların istehsalını dayandırıb.

Bu qərardan sonra Avropada əsas göstərici hesab olunan Niderlandın TTF müqaviləsi saat 14:45 radələrində 44 faizdən çox artaraq bir meqavat/saat üçün 46,08 avroya yüksəlib. Daha əvvəl isə qiymət 47,7 avroya çataraq 52 faizdən çox artım göstərib və 2025-ci ilin fevralından bəri ən yüksək səviyyəyə qalxıb.

Qətər ABŞ, Avstraliya və Rusiya ilə birlikdə dünyanın aparıcı LNG istehsalçılarından biridir. Ölkə İranla birlikdə dünyanın ən böyük təbii qaz yatağını bölüşür. Mövcud vəziyyət qlobal enerji təchizatında yeni gərginlik mərhələsinin başlaya biləcəyinə dair narahatlıqları artırır.

Избранный
3
4
azerbaijan-news.az

5Источники