RU

Əraqçi ABŞ hərbçilərinə XƏBƏRDARLIQ ETDİ: “Bu, bizim üçün bəhanə deyil”

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Yaxın Şərqdəki hotel və mehmanxanalara zərbələr endirə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Dövlət Televiziyasına müsahibəsində danışıb.

O bildirib ki, Yaxın Şərqdəki hotellərdə qalan amerikalı hərbçilər zərbələr üçün qanuni hədəf kimi qiymətləndirilir.

”Əgər amerikalı hərbçilər hotellərdə gizlənirlərsə, bu, İranın onlara hücum etmək fikrindən dönməsi üçün bəhanə və ya səbəb deyil”, — nazir deyib.

Qeyd edək ki, İran hökumətinin məlumatına görə, ABŞ hərbi bazasından təxliyə olunan hərbçilər hotellərə yerləşdiriliblər.

Xatırladaq ki, martın 1-də İrana məxsus dron Bəhreyndə hotel binasına zərbə endirib. “The Washington Post” mənbələrə istinadən bildirib ki, həmin zərbə zamanı Pentaqonun iki əməkdaşı xəsarət alıb.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
globalinfo.az

1Источники