RU

ABŞ növbəti 24 saat ərzində İrana hücumların intensivliyini artırmağı planlaşdırır

ABŞ növbəti 24 saat ərzində İrana hücumların intensivliyini artırmağı planlaşdırır

ABŞ yaxın sutka ərzində İrana qarşı həyata keçirilən hərbi əməliyyatların miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.

AFN.az xəbər verir ki, bu barədə CNN teleşirkəti amerikalı rəsmiyə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Vaşinqton hücumların birinci mərhələsinin İranın müdafiə xəttini xeyli zəiflətdiyini hesab edir. Növbəti mərhələdə ABŞ-ın əsas hədəfi İslam Respublikasının raket istehsalı müəssisələrini, pilotsuz uçuş aparatlarını (PUA) və hərbi-dəniz potensialını tamamilə sıradan çıxarmaq olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp CNN-ə verdiyi açıqlamada Amerika qoşunlarının tezliklə İrana qarşı "böyük zərbə dalğasına" başlayacağını bəyan etmişdi.

Избранный
29
afn.az

1Источники