RU

İsrail Tehranda təhlükəsizlik və kəşfiyyat strukturlarını hədəfə aldı - VİDEO

İsrail Tehranda İranın təhlükəsizlik və kəşfiyyat qurumlarına məxsus obyektlərə zərbələr endirib.

Musavat.com xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri İran rejiminə tabe olan Daxili Təhlükəsizlik Qüvvələrinin komanda məntəqələri və bazalarını hədəfə alıb. Bildirilir ki, bu qurum ölkə daxilində etiraz aksiyalarının qarşısının alınması və təhlükəsizlik əməliyyatlarına cavabdehdir.

Məlumata görə, zərbələr İranın Kəşfiyyat Nazirliyinin 10-dan çox komanda məntəqəsini, eləcə də SEPAH-ın xüsusi təyinatlı “Qüds” qüvvələrinin qərargahını da əhatə edib. 

Bundan əlavə, İsrail tərəfi yer-yer raket sistemlərinin, silah istehsalında istifadə olunan obyektlərin və SEPAH-a aid digər hədəflərin vurulduğunu bildirib.

İran tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

Musavat.com

Избранный
7
50
musavat.com

10Источники