RU

UEFA İngiltərə klubunu cəzalandırdı

Avropa Futbol Assosiasiyaları Birliyinin ( UEFA ) İntizam Komitəsi İngiltərənin “Tottenhem” klubunu Çempionlar Liqasının 8-ci turunda Almaniyanın “Ayntraxt Frankfurt” komandasına qarşı oyunda azarkeşlərin ayrı-seçkilik davranışına görə 30.000 avro cərimələyib.

Oyun 28 yanvarda Frankfurt-Mayn şəhərində baş tutub və “Tottenhem”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, BBC-nin məlumatına görə, oyun zamanı üç “Tottenhem” azarkeşi nasist salamı verib. Cərimə ilə yanaşı, kluba UEFA-nın himayəsi altında komandanın növbəti səfər oyunu üçün azarkeşlərinə bilet satmaq şərti olaraq qadağan edilib. Qadağa qərarın verildiyi tarixdən etibarən bir il müddətinə dayandırılıb.

Избранный
9
2
publika.az

3Источники