İspaniya La Liqasında 26-cı tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Real” öz meydanında “Xetafe”ni qəbul edib. Qarşılaşma gözlənilmədən qonaqların qələbəsi ilə yekunlaşıb.
“Real” - “Xetafe” - 0:1
Qol: Satriano, 39
Ardıcıl ikinci oyununda uduzan “Real” hazırda 60 xalla ikinci pillədə qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan 4 xal geri qalır. “Xetafe” isə xallarının sayını 32-ə çatdırmaqla 11-ci yerə yüksəlib.