RU

"Survivor" çempionu Adəmin narkotik testinin nəticələri açıqlandı


Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində saxlanılan "Duman" qrupunun aparıcı müğənnisi Kaan Tangözenin narkotik testi müsbət çıxıb.

Musavat.com xəbər verir ki, 17 fevralda İstanbul Baş Prokurorluğu məşhurları hədəf alan narkotik və fahişəlik istintaqı çərçivəsində 25 şübhəli haqqında həbs qərarı verib. İstintaq sənədlərinə "Narkotik maddələrdən istifadə", "Fahişəliyə təhrik və yardım" və "Narkotik və ya stimullaşdırıcı maddələrdən istifadəyə yardım" ittihamları daxildir.

İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinin qrupları 21 şübhəlini saxlayıb. Şübhəliləri narkotik testi üçün tibbi ekspertizadan keçiriliblər. Onlardan  qan, saç və sidik nümunələri götürülüb. Polis bölməsindəki prosedurlardan sonra şübhəlilər Çağlayandakı məhkəməyə göndərilib.

Prokurorluğa ifadələrindən sonra növbətçi hakim məhkəməsi Barış Talay, Dilara Kırmıt, Ramazan Bayar, Tolga Kulakçı və Tolga Sezginin haqqında həbs qərarı çıxarıb. Beş nəfərin hamısı həbsxanaya göndərilib.

Keçmiş milli boksçu, "Survivor" çempionu Adəm Kılıççı, Murat Öztürk və sosial media fenomeni Aygül Aydın da daxil olmaqla on iki nəfər məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Aktyor İsmayıl Hacıoğlu, modelyer Kemal Doğulu və "Duman" qrupunun aparıcı müğənnisi Kaan Tangöze məhkəmə nəzarəti olmadan azadlığa buraxılıb.

İstintaq çərçivəsində aparılan narkotik testində Kaan Tangözenin marixuana (THC) testinin müsbət çıxdığı öyrənilib.

Könül
Musavat.com 

Избранный
17
musavat.com

1Источники