RU

Elif əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı FOTO

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Kızıl Goncalar" serialı ilə yenidən diqqət mərkəzinə düşən Özgü Namalın şəxsi həyatı barədə yayılan şayiələr gerçək olub. Həyat yoldaşının vəfatından sonra uzun müddət səssizliyə bürünən aktrisanın bioenerji eksperti Ercan Han Üşümez ilə münasibət yaşadığı üzə çıxıb.Demokrat.az xəbər verir ki, bir müddət əvvəl havalimanında görüntülənən aktrisa jurnalistlərin suallarına cavab verərkən həyatında kimsənin olmadığını bildirib. Lakin kameralara yansıyan kadrlar tamamilə fərqli bir vəziyyəti üzə çıxarıb. Özgü Namalın tək olduğunu deməsinə baxmayaraq, iddiaya görə Ercan Han Üşümez onu avtomobildə gözləyib. Aktrisanın həmin nəqliyyat vasitəsinə mindiyi anlar obyektivlərə tuş gəlib və beləliklə aylardır danışılan eşq iddiaları ilk dəfə görüntülərlə təsdiqlənib.Xatırladaq ki, 2020-ci ildə həyat yoldaşı Ahmet Serdar Oralı itirən Namal, uzun müddət övladları ilə birlikdə sakit həyat sürməyi üstün tutmuşdu. Hazırda yaradıcılığının pik dövrünü yaşayan aktrisa Berlin Film Festivalında qazandığı uğurdan sonra "Kıskanmak" adlı yeni layihə ilə müqavilə imzalayıb.İsmayıl

Demokrata.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
demokrat.az

1Источники