RU

Sabiq səfir: “İrandan sonra növbəti hədəf Türkiyə ola bilər”

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əfşar Süleymani: “İrana qarşı planın arxasında rejim dəyişikliyi və parçalanma ssenarisi var”

İran ilə ABŞ arasında nüvə proqramı ətrafında davam edən danışıqlar, diplomatik müstəvidən hərbi qarşıdurma mərhələsinə keçib. Fevralın 28-dən etibarən İran, ABŞ və İsrailin raket yağışına məruz qalıb. Hücumlara cavab olaraq Tehran, İsrailə 400-dən artıq raket atdı. Tarixdə ilk dəfər olaraq İran ordusu ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını hədəfə aldı. Münaqişənin ən dramatik məqamı isə İranın ali dini lideri Ayətullah Əli Xameneinin İsrailin endirdiyi zərbələr nəticəsində ailə üzvləri ilə birlikdə həlak olması oldu. ABŞ və İsrailin hədəfləri sırasında İran prezidenti Məsud Pezeşkian da yer alırdı. Prezident sağ qalsa da, ali liderin ölümü ölkə daxilində siyasi silkələnmə yaratdı. İran ordusu Xameneinin intiqamını alanadək, hərbi əməliyyatları davam etdirəcəklərini açıqladı. Ölkə daxilində isə vəziyyət bir qədər qarışıqdır. Xalqın yarısı, Xamneinin ölümünü qurtuluş yolu kimi dəyərləndirsə də, digər bir qisim “ABŞ və İsrailə lənət” şüarları səsləndirdi. Gərgin müstəvidə davam edən proseslər hər kəsin maraq dairəsinə çevrilməkdədir.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, ABŞ və İsrail İrana hücum etməklə böyük səhvə yol verdi. 

“ABŞ İranı danışıqlar bəhanəsi ilə aldadaraq, ölkəyə müştərək hücumlar etdilər. Sonradan, ABŞ ilə İsrail rəhbərliyi uzun müddət hücum planları ətrafında fikir mübadiləsi apardıqlarını açıqladılar. Xatırlayırsınızsa, ötən il 12 günlük müharibənin başlandığı vaxtda da tərəflər arasında danışıqlar gedirdi. Eyni senari təkrarlanır. ABŞ və İsrailin birləşərək İrana hücum etmələri üçün tutarlı əsasları yox idi. BMT Nizamnaməsinə əsasən, dövlətlər digər dövlətlərin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq edə bilməzlər. İranın bütün məsələlərdə haqlı olduğunu deyə bilmərəm. Amma iki ölkənin birləşərək başqa bir dövləti təkləməsi, birmənalı olaraq qəbuledilməzdir. Eyni zamanda Amerikada da demokratlarla respublikaçıların bir qismi bu hücumu qınayır. ABŞ prezidenti nə elədiyini bilmir. Bir tərəfdən ölkələri sülhə təşviq edir, digər tərəfdən isə İrana qarşı müharibəyə qoşulur. Bir sözlə Tramp anormal və yalançı liderdir”. 

Sabiq səfir bildirib ki, ABŞ prezidenti ilə İsrailin Baş naziri İranın yüksək rütbəli komandirləri və ali dini liderini öldürdükdən sonra xalqın ayaqlanıb, rejimi devirəcəklərinə inanırdı:

“Hazırki mənzərə onları yanıltdı. İsrailin məqsədi İranda rejimi devirərək, ölkəni bir neçə hissəyə parçalamaqdır. ABŞ isə Venesuealadakı kimi rəhbər dəyişikliyi ilə öz maraqlarını təmin etməyi hədəfləyir. Rəhbər kimi devrilmiş şahın oğlu, Rza Pəhləvini təyin etmək niyyətindədirlər. İran xalqı çox yaxşı anlayır ki, Qəzzada milyonlarla insanın qətlinə səbəb olan İsrail və müttəffiqi ABŞ onların yaxşılığını istəmir. ABŞ və İsrailin bu cinayətləri törətməkdə 2 önəmli məqsədi var: Birincisi, Fars körfəzində enerji resurslarına və tranzitə nəzarət etməkdir. İkincisi isə, Çinə iqtisadi cəhətdən zərbə vurmaqdır. Çünki Çinin neftə olan tələbatının əsasını İran ödəyir. Ümumiyyətlə rəsmi Vaşinqron, Yaxın Şərqdəki müsəlman ölkələrini İsrailə tabe etmək niyyətindədir. Onlar İranla prosesləri öz maraqlarına uyğun həll edə bilsələr, növbəti hədəf Türkiyə olacaq”. 

Ə.Süleymaninin sözlərinə görə, ölkənin iqtisadiyyatını bərpa etmək üçün islahatlar keçirilməlidir:

“Ancaq müharibə şəraitində bunu etmək çətindir. Xamneinin ölümündən sonra müvəqqəti şura yaradıldı. Bundan sonra ali dini rəhbərin seçilməsi və fəaliyyətinə nəzarət edən Məclisi-Xübrəqan yeni rəhbərin müəyyənləşdirilməsi istiqamətində müvafiq addımlar atacaq. Məsud Pezeşkianın yolu ilə islahatyönümlü tədbirlər keçirilsə, iqtisadiyyat nisbətən dirçələr. İran helə ki, hörmüz boğazını bağlamıyıb. Bağlanacağı təqdirdə, nəinki İrana hətta dünya bazarlarına da zərbə dəyəcək. Bəzi ölkələrin vasitəçiliyi ilə sonda proseslər yumuşala bilər. Tramp dəfərlərlə bildirib ki, İran tərəfi bizimlə danışıqlar aparmaq istəyir. Ancaq bu məlumat da yalandır. ABŞ prezidenti, müharibənin 4 həftə çəkcəyini bildirsə də, İran cavab zərbələrindən əl çəkən deyil. Proseslərin sonuna dair iki ehtimal var. Ya tərəflərin arasında vasitəçi ölkələrin səyi ilə müəyyən şərtlər daxilində razılaşma olacaq, ya da müharibə tərəflərdən biri boyun əyənə qədər davam edəcək. Əgər proseslər neftin bahalaşmasına və iqtisadi çətinliklərin dərinləşməsinə səbəb olarsa, ABŞ müharibəni dayandıra bilər”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
sherg.az

1Источники