RU

İrandan Azərbaycan sərhədi ilə indiyədək 553 nəfər təxliyə edilib - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Fevralın 28-i saat 08:00-dan martın 2-si saat 20:00-dək İran İslam Respublikasından ümumilikdə 553 nəfər təxliyə edilib.

Hafta.az xəbər verir ki, təxliyə olunanların 152-si Azərbaycan vətəndaşıdır. Bundan başqa, 127 nəfər Çin, 114 nəfər Rusiya, 65 nəfər Pakistan və 42 nəfər Tacikistan vətəndaşıdır.

Həmçinin 18 nəfər Səudiyyə Ərəbistanı, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər və 3 nəfər Banqladeş vətəndaşı təhlükəsiz əraziyə çıxarılıb.

Digər təxliyə olunanlar arasında 2 nəfər Filippin, 2 nəfər Gürcüstan, 2 nəfər Nepal, 2 nəfər Qazaxıstan, 2 nəfər Fransa və 2 nəfər Özbəkistan vətəndaşı var.

Bundan əlavə, Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təxliyə edilib.

***

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Hafta.az xəbər verir ki, 28 fevral 08:00-dan - 2 mart saat 14:00-dək İrandan 370 nəfərin təxliyə olunduğu açıqlanıb.

Onlardan 131 nəfər Azərbaycan, 239 nəfər isə xarici ölkələrin (Çin-81, Rusiya-47, Pakistan - 32, Səudiyyə Ərəbistanı - 18, Tacikistan - 30, BƏƏ - 6, İordaniya - 4, Qətər - 3, Banqladeş - 3, Filippin - 2, Nepal -2, Qazaxıstan -2, Türkiyə - 1, İtaliya-1, Polşa-1, Tunis-1, Livan-1, Hindistan-1, Fransa-2, Braziliya-1) vətəndaşlarıdır.

Избранный
3
10
hafta.az

10Источники