AZ

İrandan Azərbaycan sərhədi ilə indiyədək 370 nəfər təxliyə edilib

İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir...

APA xəbər verir ki, 28 fevral 08:00-dan – 2 mart saat 14:00-dək İrandan 370 nəfərin təxliyə olunduğu açıqlanıb.

Onlardan 131 nəfər Azərbaycan, 239 nəfər isə xarici ölkələrin (Çin-81, Rusiya-47, Pakistan – 32, Səudiyyə Ərəbistanı – 18, Tacikistan – 30, BƏƏ – 6, İordaniya – 4, Qətər – 3, Banqladeş – 3, Filippin – 2, Nepal -2, Qazaxıstan -2, Türkiyə - 1, İtaliya–1, Polşa–1, Tunis–1, Livan–1, Hindistan–1, Fransa-2, Braziliya-1) vətəndaşlarıdır.

Poliqon.info

Seçilən
2
10
poliqon.info

10Mənbələr