RU

Yoğun bağırsaq xərçənginin əsas risk faktoru müəyyən edilib

SM-Klinikasının onkoloqu və cərrahı Qleb Xrebtov bildirib ki, yoğun bağırsaq xərçəngi artıq yalnız yaşlıların xəstəliyi deyil.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, 40-48 yaş arası insanlarda bu diaqnozun artması ciddi narahatlıq doğurur. Həkim xəstəliyin əsas risk faktorunu açıqlayıb.

Xrebtov qeyd edib ki, rəqəmsal dövr insanları getdikcə daha çox oturaq həyata sürükləyib. “Ofis işi, məsafədən iş, daimi kompüter istifadəsi – bütün bunlar günün əksər hissəsini oturaraq keçirməyimizə səbəb olur. Axşam isə insanlar yenə oturur və ya uzanır – televizor, telefon, noutbuk. Beləliklə, gün demək olar ki, hərəkətsiz keçir”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu həyat tərzi həzm sisteminə birbaşa təsir göstərir: davamlı qəbizlik, bağırsaq hərəkətliliyinin zəifləməsi və xroniki iltihab kimi proseslər zamanla xərçəngönü vəziyyət yarada bilər. Bu dəyişikliklər isə gələcəkdə bədxassəli şişlərin inkişafına yol aça bilər.

Həkim sonda bildirib ki, oturaq həyat tərzi sürən insanlarda kolorektal xərçəng riski müntəzəm fiziki aktivliklə məşğul olanlarla müqayisədə bir neçə dəfə yüksək ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
13
13
e-saglam.az

10Источники