İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi SEPAH-ın iddiasını təkzib edib.
Xezerxeber.az “The Times of Israel”ə istinadən xəbər verir ki, Baş nazirin ofisi SEPAH-ın Netanyahunu hədəf almasını və onun taleyinin naməlum olduğuna dair iddiasını saxta xəbər adlandırıb.
14:00
İran bu gün səhər İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, İran, eyni zamanda, İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb.
Məlumata görə, sözügedən hücumlar İranın “Doğru Vəd 4” əməliyyatının 10-cu mərhələsində “Xeybər" raketləri ilə həyata keçirilib.

Qeyd olunur ki, İranın İsrailə raket hücumları əsasən hökumət binalarına yönəlib.
Netanyahunun taleyinin naməlum olduğu bildirilir.
Əməliyyatın detallarının sonradan açıqlanacağı qeyd olunub.
İsrail tərəfdən hələlik məsələyə münasibət bildirilməyib.