RU

Qırmızıda yolayrıcına girib maşını piyadaların üstünə sürdü 10 LT 044 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Nərimanov rayonunda, İzəddin Həsənoğlu və Fətəli xan Xoyski küçələrinin kəsişməsində qayda pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 27-də saat 15:45 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, 10-LT-044 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında yolayrıcına daxil olaraq görüntünü qeydə alan maşına qəza şəraiti yaradıb. Ardınca o, keçiddən keçən piyadalara məhəl qoymadan hərəkət edib.

Qeyd edək ki, nizamlanan yolayrıclarında sürücülər işıqfor siqnallarına riayət etməli və keçiddən keçən piyadalara yol verməlidirlər. Əks halda ağır qəzalar qaçılmaz ola bilər. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
3
avtosfer.az

5Источники