RU

Xameneinin dəfn olunacağı YER – İrana KİMLƏR gedəcək?

İranın rəhbəri Əli Xomenei ölkəyə hərbi zərbələrin ilk günündə öldürüldü. Onun dəfn yeri ilə bağlı mümkün variantlar arasında İmam Xomeyninin məqbərəsinin yanı, Məşhəd şəhərindəki İmam Rzanın türbəsində və ya Qumdakı Fatimə Məsumənin ziyarətgahında dəfn olunması göstərilir. Bəzi analitiklər isə Qumdakı Cəmkəran məscidində dəfn olunmasını daha real hesab edirlər.

Rəsmi qərar hələ açıqlanmayıb. Lakin islam qaydalarına görə, bir müsəlmanın cəsədi gün batana kimi, uzağı ertəsi gün basıdırlmalıdır. Yəni meyiti bir neçə gün saxlamaq kimi bir ənənə yox.

Dəfn mərasiminə xarici dövlət xadimlərinin iştirak etməsi mümkündürmü? Azərbaycan rəsmilərindən kim İrana gedə bilər?

Bu da maraqlıdır ki, qətlə bağlı müsəlman (şiə) dövlətlərində geniş miqyaslı etiraz aksiyaları olmadı. Səbəb. O sırada İraq şilələrinin ruhani lideri, İran əsilli Əli Sistani qətlə görə cihada çağırış etmədi.

Artıq İranın Ekspertlər Şurası Əli Xameneinin müvəqqəti varisini seçib. Bu, ayətullah Əlirza Ərafidir. İsrail və ABŞ onu da hədəf ala bilərmi?

Deputat Ceyhun Məmmədov Musavat.com-a qeyd edib ki, İranda proseslər kifayət qədər mürəkkəb və çoxşaxəli formada gedir:

“Münaqişə davam edəcək və proseslərin qısa müddətdə sabitləşməsi real görünmür. Dəfn məsələsinə gəldikdə isə ehtimal etmək olar ki, bu barədə rəsmi qərar yaxın günlərdə açıqlanacaq. Müxtəlif məkanların adı hallansa da, düşünürəm ki, ən böyük ehtimal İmam Xomeyni məqbərəsi ətrafının seçilməsidir”.

Ceyhun Məmmədovun fikrincə, bu variant həm siyasi, həm də simvolik baxımdan daha məntiqli görünür:

“Qum şəhəri də alternativ variant kimi istisna edilmir. Lakin nəzərə alsaq ki, söhbət kifayət qədər böyük tarixi və dini fiqurdan gedir, onun İran İslam Respublikasının ideoloji əsasları ilə birbaşa bağlı olan məkanda dəfn olunması daha məqsədəuyğun hesab edilə bilər. Dəfn prosesinin müddəti ilə bağlı qeyd etmək lazımdır ki, İslam qaydalarına görə meyitin uzun müddət saxlanılması ənənəsi mövcud deyil və dəfn mümkün qədər tez həyata keçirilməlidir. Bununla belə, hazırkı şərait adi vəziyyət deyil. Təhlükəsizlik məsələləri burada xüsusi rol oynayır. İran hazırda ciddi hərbi gərginlik və hücum riski ilə üz-üzədir. Bu səbəbdən dəfn mərasiminin hansı formada, hansı təhlükəsizlik tədbirləri çərçivəsində keçiriləcəyi ayrıca müzakirə mövzusudur və prosesin texniki tərəfləri məhz bu amillərlə müəyyənləşəcək.

Ceyhun

Millət vəkili qeyd edib ki, təhlükəsizlik riskləri yüksək olaraq qalır:

“Belə bir situasiyada xarici dövlət xadimlərinin Tehrana səfəri və mərasimdə iştirakı ən azı təhlükəsizlik baxımından uyğun deyil. Bu səbəbdən iştirakın məhdud və ya simvolik səviyyədə olması daha real görünür. Digər mühüm məqam isə müsəlman ölkələrinin hadisəyə geniş və kütləvi reaksiya verməməsi ilə bağlıdır. Burada əsas faktor ondan ibarətdir ki, İranın bir çox müsəlman ölkələri ilə münasibətləri uzun illərdir tam stabil və problemsiz deyil. Siyasi baxış fərqləri, regional rəqabət və ideoloji ayrılıqlar bu münasibətlərdə ciddi rol oynayır. Buna görə də müsəlman dövlətlərindən genişmiqyaslı çağırışlar və ya sərt reaksiyalar gözləmək real deyildi. Məsələyə məhz bu geosiyasi və ideoloji kontekstdə yanaşmaq lazımdır. Yeni dini lider məsələsinə gəlincə, burada əsas reallıq ondan ibarətdir ki, İranın ümumi siyasi kursunda ciddi dəyişiklik gözlənilmir. Hakimiyyət strukturu institusional xarakter daşıdığı üçün fərdi dəyişikliklər siyasətin istiqamətini köklü şəkildə dəyişmir. Qarşıdurmanın davam edəcəyi ehtimalı yüksək olaraq qalır. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkənin həm dini, həm siyasi rəhbərliyi hədəf olaraq qalır və bu risk davam edir. Bu səbəbdən yaxın dövrdə İranın siyasi xəttində dönüş gözlənilmir və proseslərin mövcud gərginlik fonunda davam edəcəyi ehtimalı daha güclüdür”.

Ceyhun Məmmədov onu da vurğulayıb ki, qarşıdakı günlərdə İranın digər siyasi və hərbi fiqurlarının da hədəfə alınması da gözləniləndir:

“Mövcud vəziyyət göstərir ki, proses hələ yekun mərhələyə çatmayıb və regionda gərginlik müəyyən müddət davam edəcək. Bu isə hadisələrin inkişafını diqqətlə izləməyi zəruri edir”.

Избранный
14
3
turkustan.az

10Источники