RU

İranın hücumları cavabsız qalmayacaq Qətər XİN

ain.az, Unikal.az saytına istinadən bildirir.

"Qətər ordusu beynəlxalq hava limanı da daxil olmaqla, mülki infrastrukturu hədəf alan İran hücumlarının qarşısını alıb". 

"Unikal" xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari deyib. 

O, bu cür hücumların cavabsız qala bilməyəcəyini vurğulayıb. 

Ənsari əlavə edib ki, Qətər hazırda İranla dialoq aparmır.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehranı və ölkənin ən böyük şəhərlərini hədəf alıb. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. Məlumata görə, İran İsrailə və Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına raket və dronlar atıb.

Hücum zamanı İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei də həlak olub.

 Gülayə Mecid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
8
unikal.az

9Источники