Qətər xalqına qarşı hücumların bədəli ödənilməlidir. Metbuat.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari belə deyib. O, CNN-ə müsahibəsində İranın hücumlarının qəbuledilməz olduğunu ifadə edib. Diplomatın sözlərinə görə, İran təkcə ABŞ bazalarını deyil, Dohadakı Həməd Beynəlxalq Hava Limanı da daxil olmaqla Qətərdəki mülki infrastrukturu hədəf alıb. Ənsari, "Biz bu hücumlara cavab vermək hüququmuzu özümüzdə saxlayırıq. Əlbəttə ki, belə bir hücum cavabsız qala bilməz. Qətər xalqına və təhlükəsizliyinə qarşı hücumun bədəli ödənilməlidir".