RU

SV-1000 “Stiletto” snayper tüfəngləri Belarus Ordusuna təhvil verilib

“Kidma Tech” şirkəti tərəfindən istehsal edilmiş hazırlanmış SV-1000 “Stiletto” yüksək dəqiqlikli snayper tüfənglərinin yeni partiyası Belarus Ordusuna təhvil verilib.

“Poliqon” Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən xəbər verir ki, snayper tüfəngləri Qərb Əməliyyat Komandanlığının xüsusi təyinatlı bölməsinin istismarına təqdim edilib.

Bildirilib ki, onların silahlanmaya qəbulu xüsusi təyinatlı qüvvələrə atəş gücünü artırmağa və snayper cütlüklərində tapşırıqları daha effektiv şəkildə yerinə yetirməyə imkan verəcək.

7.62 mm-lik SV-1000 “Stiletto” snayper tüfəngi kəşfiyyat və xüsusi təyinatlı bölmələrin müvafiq atəş tapşırıqlarını yerinə yetirməsi üçün nəzərdə tutulub. O, 7.62x54R çaplı patronlarla 1000 metrə qədər məsafələrdə hədəfləri effektiv şəkildə vura bilir.

Избранный
14
poliqon.az

1Источники