Pakistanda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qarşı keçirilən etiraz aksiyaları zamanı azı 24 nəfər həlak olub.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, etiraz aksiyaları martın 1-də İranın ali lideri Ayətullah Əli Xameneinin öldürülməsi təsdiqləndikdən sonra ölkədəki ABŞ konsulluqlarının yaxınlığında keçirilib. Bununla əlaqədar Pakistan hakimiyyəti bir neçə bölgədə komendant saatı elan edib.
"Cebheinfo.az"