RU

"Arsenal" 100 milyonluq müdafiəçini hədəfə aldı

"Arsenal" "İnter"in müdafiəçisi Alessandro Bastonini transfer etməkdə maraqlıdır.

Publika.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

London klubunun məşqçi heyəti hesab edir ki, Bastoni komandanın müdafiəsini gücləndirə bilər. Mənbənin bildirdiyinə görə, İtaliya təmsilçisi oyunçunu təxminən 100 milyon avro qiymətləndirir.

Futbolçunun Milan klubuyla mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Bastoni 2017-ci ilin avqust ayında "Atalanta"dan "İnter"ə 31 milyon avro qarşılığında keçib.

Избранный
18
publika.az

1Источники