RU

Novruz bayramında neçə qeyri-iş günü olacaq? – RƏSMİ AÇIQLAMA

Uzun müddətdir ki, Novruz bayramı ilə Ramazan bayramı üst-üstə düşdüyü üçün qeyri-iş günlərinin uzadılacağı ilə bağlı məlumatlar yayılıb.

Məsələni dəqiqləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu göndərdik.

Xidmətdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi bayram günləri üst-üstə düşdükdə qeyri-iş günləri növbəti tarixlərə keçirilir:
 

“Cari ildə Ramazan və Novruz bayramı günlərinin üst-üstə düşməsi ilə əlaqədar qeyri-iş günlərinin sayı artıb. Belə ki, 5 günlük iş həftəsi ilə işləyənlər üçün 31 mart tarixinədək ümumilikdə 11 gün qeyri-iş günü olacaq”.


Açıqlamadan da göründüyü kimi, 5 günlük iş həftəsində çalışanlar üçün 20-30 mart qeyri-iş günləri sayılacaq.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
8
1
bizim.media

2Источники