İngiltərə millisinin sabiq üzvü Cessi Linqard karyerasını Braziliya A seriyasında davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi "Korintians"la anlaşıb. O, "ağ-qaralar"la 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Cessi Linqart son olaraq Cənubi Koreyanın "Seul" klubunda çıxış edib. O, daha əvvəl "Mançester Yunayted", "Brayton" və "Vest Hem"də çıxış edib.