RU

İran Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunu VURDU: Zavod fəaliyyətini dayandırdı 

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco İranın pilotsuz uçuş aparatının hücumundan sonra Ras Tanura neft emalı zavodunda fəaliyyəti ehtiyat məqsədilə dayandırdığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, məlumatı The Wall Street Journal yayıb. Bildirilib ki, zavoddakı neft anbarına zərbə nəticəsində kiçik yanğın baş verib, lakin alov qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. İşçilər təhlükəsizlik məqsədilə təxliyə edilib. Zavodun nə vaxt yenidən fəaliyyətə başlayacağı açıqlanmayıb.

Избранный
59
veteninfo.az

1Источники