RU

Oliqarx Umar Cəbrayılov intihar edib

Rusiya Federasiya Şurasının Çeçenistandan olan keçmiş üzvü, "Avanti" assosiasiyasının təsisçisi Umar Cəbrayılov Moskvada intihar edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, onun yanında tapança aşkar edilib.

Bu zaman intiharın baş verdiyi yer barədə məlumatlar ziddiyyətlidir.

Bir sıra KİV-in məlumatına görə, hadisə hoteldə baş verib, digər KİV-lər isə onun öz mənzilində intihar etdiyini iddia edir.

U.Cabrayılov hələ 2020-ci ildə intihar cəhdi göstərmişdi, lakin o zaman sahibkar xilas edilmişdi.

"Cebheinfo.az"

Избранный
45
1
cebheinfo.az

2Источники