Rusiya Federasiya Şurasının Çeçenistandan olan keçmiş üzvü, "Avanti" assosiasiyasının təsisçisi Umar Cəbrayılov Moskvada intihar edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, onun yanında tapança aşkar edilib.
Bu zaman intiharın baş verdiyi yer barədə məlumatlar ziddiyyətlidir.
Bir sıra KİV-in məlumatına görə, hadisə hoteldə baş verib, digər KİV-lər isə onun öz mənzilində intihar etdiyini iddia edir.
U.Cabrayılov hələ 2020-ci ildə intihar cəhdi göstərmişdi, lakin o zaman sahibkar xilas edilmişdi.
"Cebheinfo.az"