İranla müharibənin müddətindən danışan ABŞ Prezidenti Donald Tramp mümkün tarixi açıqlayıb.
O, döyüş əməliyyatlarının növbəti dörd həftə ərzində davam edə biləcəyini bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti “Daily Mail” qəzetinə verdiyi müsahibədə belə deyib.
“Bu, həmişə dörd həftəlik bir proses olub. Biz bunun təxminən dörd həftə və ya o qədər çəkəcəyini düşünürdük.
Bu, həmişə dörd həftəlik bir proses olub. Ona görə də böyük bir ölkə olmasına baxmayaraq, dörd həftə və ya daha az vaxt aparacaq”, -deyə Tramp əlavə edib.
O, indiyə qədər endirilən zərbələrin nəticələrindən təəccüblənmədiyini deyib. “Xeyr, düşünürəm ki, hər şey plan üzrə gedir. Bilirsiniz, biz bəzui istisnalar olmaqla onların bütün rəhbərliyini düşündüyümüzdən bir qədər çox, bir qədər az tamamilə məhv etmişik. Təxminən 48-ə qədər”, - deyə Tramp bildirib.
Tramp həmçinin iranlılarla gələcək danışıqlara açıq olduğunu, lakin bunların yaxın zamanda baş tutub-tutmayacağını deyə bilməyəcəyini bildirib.
“Mən bilmirəm, onlar istəyirlər, danışmaq istəyirlər. Amma mən dedim ki, bu həftə yox, keçən həftə danışmalı idiniz”, - deyə ABŞ Prezidenti bildirib.