ain.az, Reyting.az portalına istinadən məlumat yayır.
Rusiyanın Şesxaris neft terminalı Novorossiyskə hücum nəticəsində yanğına məruz qalıb.
Reyting.az xəbər verir ki, bu barədə “ASTRA OSINT” bildirib.
Novorossiysk meri A. Kravçenko və Krasnodar diyarının qubernatoru V. Kondratyev də hücumu təsdiqləyiblər.
“Qoşunlarımız bütün gecə Ukrayna dronlarının kütləvi hücumunu dəf edib. Ən ağır zərbə fövqəladə vəziyyət elan edildiyi Novorossiyskə dəyib”, - Kondratyev Telegram-da bildirib. Lakin terminaldan heç bir söz getmir.
ASTRA yazır ki, Novorossiysk sakinləri 2 mart gecəsi çoxsaylı partlayışlar barədə məlumat veriblər.
Nəşr, Novorossiyskdəki hücumlar nəticəsində baş verən yanğınların şahid görüntülərini təhlil edib və Şesxaris neft terminalının yanğın zonasında yerləşdiyini müəyyənləşdirib.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.