RU

Sadiq Qurbanov: “Xocalı soyqırımı bəşər tarixinin ən böyük cinayətlərdəndir”

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Xocalı soyqırımı münasibəti ilə saytımıza açıqlamasında qeyd edib ki, Xocalı soyqırımı haqqında danışarkən Ümummili Lider Heydər Əliyevin aşağıdakı fikirlərini xatırlamaya bilmirsən Heydər Əliyev deyirdi:

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Xocalı soyqırımı bəşər tarixində insanlıq əlehinə törədilmiş ən böyük cinayətlərdən biridir. Prezident İlham Əliyevin bu cinayətin dünya miqyasında tanıdılmasında müstəsna xidməti danılmazdır. Prezident özü bu barədə deyir: “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın”.

Избранный
16
qht.az

1Источники