RU

İsrail Hizbullaha qarşı bir neçə gün davam edəcək hərbi əməliyyatlara başlayıb

ain.az bildirir, Apa.az portalına istinadən.

İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı bir neçə gün davam edəcək hərbi əməliyyatlara başlayıb.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib.

“Biz Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq. Biz müdafiə mövqeyində deyilik, indi hücuma keçirik”, - o, Hizbullahın İsrailə gecə raket və dron hücumlarından sonra keçirilən qiymətləndirmə zamanı deyib.

Baş Qərargah rəisi qeyd edib ki, İsrail bir neçə gün davam edəcək döyüşlərə hazırlaşmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
2
apa.az

3Источники