İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı bir neçə gün davam edəcək hərbi əməliyyatlara başlayıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib.
“Biz Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq. Biz müdafiə mövqeyində deyilik, indi hücuma keçirik”, - o, Hizbullahın İsrailə gecə raket və dron hücumlarından sonra keçirilən qiymətləndirmə zamanı deyib.
Baş Qərargah rəisi qeyd edib ki, İsrail bir neçə gün davam edəcək döyüşlərə hazırlaşmalıdır.
"Cebheinfo.az"