RU

ABŞ, İsrail və İran müharibəsi iqtisadiyyata necə təsir edəcək?

"2 mart saat 12:00-da London birjası açıldıqdan sonra enerji bazarında ilkin reaksiya olaraq neft qiymətlərində artım ehtimalı yüksəkdir. Qızıl da riskdən qorunma aləti kimi bahalaşa bilər".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Bakı vaxtı ilə saat 18:30-da Nyu-York birjası açıldıqdan sonra bu dalğalanma daha aydın görünəcək.

"Fond indekslərində və riskli səhmlərdə isə eniş mümkündür.Lakin bütün bunlar qısamüddətli olacaq.Hörmüz boğazı ətrafında risklər olsa da, uzunmüddətli bağlanma real deyil və qlobal neft ixracı tam dayanmayacaq. İran bunu edərsə, ən böyük zərəri həm də Çinə vurmuş olar. Proses iqtisadi baxımdan idarəolunandır və hazırkı mərhələdə nə regional, nə də qlobal iqtisadiyyatda davamlı böhran olacağını düşünmürəm. Bu baş verənlərin köklü iqtisadi təsirləri isə hələ ən azı bir il sonra olacaq, amma fərqli iqtisadi istiqamətlərdə", - deyə E.Əmirov qeyd edib.

Избранный
32
9
unikal.az

10Источники