RU

Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 61 milyon 290 min manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 38,9 % artaraq 40 milyon 915 milyon manata çatıb.

Beləliklə, yanvarda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 47,6 manat təşkil edib.

Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156 milyon 604 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62 milyon 12 min manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.

İş elanları AzVak.az-da

© "Report"

Azərbaycan sığorta bazarı 2026 həyat sığortası Azərbaycanda sığorta haqları toplanması həyat sığortası ödənişləri artımı sığorta bazarı statistikası Azərbaycan Mərkəzi Bankı statistik məlumatı Azərbaycanda sığorta şirkətləri sığorta haqqı geri ödəniş nisbəti həyat sığortası portfeli sığorta bazarında ödəniş artımı Azərbaycan sığorta sektoru 2026 sığorta bazarında toplanan vəsait sığorta kompensasiya ödənişləri sığorta sektorunda illik müqayisə Azərbaycanda maliyyə sektorunun inkişafı
Избранный
76
marja.az

1Источники