RU

Xameneinin öldürülməsi İranda sistemi sarsıtdı

İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsi ölkəni 1979-cu il İslam inqilabından bəri ən ağır siyasi böhranla üz-üzə qoyub. Müharibə şəraiti, hakimiyyət boşluğu və daxili gərginlik fonunda varislik prosesi yüksək riskli mərhələyə keçib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi təhlil yayıb.

Analitiklərin fikrincə, Xameneinin ölümü dərhal sistemin dağılması demək deyil. İranın siyasi quruluşu tək bir liderdən asılı olmamaq üçün qurulub və hakimiyyət ruhanilər, təhlükəsizlik strukturları və güc mərkəzləri arasında bölüşdürülüb.

Ekspertlər hesab edir ki, əsas rol İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsusdur. Qurum ya daha sərt təhlükəsizlik yönümlü idarəçiliyə keçə, ya da daxili təzyiqlər altında parçalanma riski ilə üzləşə bilər.

Hazırda müvəqqəti rəhbərlik şurası formalaşdırılıb. Şuraya prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və Mühafizəçilər Şurasının nümayəndəsi daxildir. Keçid dövrünə nəzarət etmək üçün belə mexanizm tətbiq olunub.

Избранный
8
1
publika.az

2Источники