RU

Eden Azardan səmimi etiraf: “Hər şeyi o zədə məhv etdi”

“Lill”, “Çelsi”, “Real” və Belçika millisinin sabiq futbolçusu Eden Azar karyerasının erkən başa çatmasına təsir edən zədəsi barədə danışıb. Təcrübəli oyunçu 2019-cu ilin noyabrında PSJ-nin müdafiəçisi Toma Mönye ilə toqquşma zamanı aldığı xəsarətin hər şeyi dəyişdiyini bildirib.

İdman.Biz “Madrid Xtra” nəşrinə istinadla xəbər verir ki, həmin vaxt “kral klubu”nun formasını geyinən Azar həmin anı belə xatırlayıb:

“Mən möhtəşəm formada idim, lakin Toma Mönye mənə zədə yetirdi və hər şeyi məhv etdi. Bundan iki-üç il əvvəl “Çelsi”də oynayarkən də eyni sınığı yaşamışdım. Həmin zədədən sonra bərpa olunsam da, “Levante” ilə matçda eyni topuğumda yeni bir sınıq yarandı. Problemlər də məhz o zaman başladı”.

Qeyd edək ki, futbol karyerası ərzində Eden Azar klub səviyyəsində ümumilikdə 623 rəsmi matçda iştirak edib. O, bu qarşılaşmalarda 167 qol və 153 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Избранный
30
1
idman.biz

2Источники