RU

Uzaq Şərqdə martın 3-də ay tutulması izlənə biləcək

Uzaq Şərqdə martın 3-də ay tutulması izlənə biləcək

Martın 3-də baş tutacaq tam ay tutulmasını Rusiyanın Uzaq Şərq bölgəsinin sakinləri müşahidə edə biləcəklər. Hadisə təxminən bir saat davam edəcək.

AFN.az xəbər verir ki, bu barədə TASS-a Uzaq Şərq Federal Universitetinin (DVFU) Politexnik İnstitutunun dosenti Pyotr Yujakov məlumat verib.

"Uzaq Şərqin bir çox bölgələrində, o cümlədən Primorye diyarında bu təbiət hadisəsi aydın görünəcək. Tutulma təxminən bir saat davam edəcək. Primorye vaxtı ilə bu proses saat 21:04-də başlayacaq və 22:03-də (Bakı vaxtı ilə saat 15:04-dən 16:03-dək) başa çatacaq", - deyə mütəxəssis bildirib.

Yujakov qeyd edib ki, əgər hava buludlu olmasa, ay tutulması səmada çox aydın görünəcək. Hadisəni daha yaxşı izləmək üçün teleskop və ya binokldan istifadə etmək tövsiyə olunur. O, həmçinin əlavə edib ki, növbəti tam ay tutulması yalnız 2028-ci ildə baş verəcək.

Избранный
34
afn.az

1Источники