RU

SEPAH: "Abraham Lincoln" aviadaşıyıcısı zərbədən sonra bölgəni tərk edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" aviadaşıyıcısının İranın dörd ballistik raket zərbəsindən sonra dislokasiya olunduğu ərazini tərk etdiyini bildirib.

APA xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

Məlumata görə, “hücumdan sonra Amerika aviadaşıyıcısı missiya yerini tərk edərək Hind okeanı istiqamətində hərəkət edib”.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə öz növbəsində aviadaşıyıcının atəşə tutulduğunu təsdiqləyib, lakin İran raketlərinin hədəfə dəymədiyini vurğulayıb.

Избранный
35
apa.az

1Источники