RU

CNN: Küveytdə İran dronunun hücumu nəticəsində üç ABŞ hərbçisi həlak olub

BAKI, 2 mart. TELEQRAF

Küveytdə İranın pilotsuz uçuş aparatının hücumu nəticəsində üç ABŞ hərbçisi həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, üç ABŞ hərbçisi ehtimal olunan dron zərbəsi nəticəsində ölüb.

Hadisənin detalları və əlavə məlumatlar hələlik açıqlanmayıb.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Tehranın mərkəzinə əlavə zərbələr endirməyə başladığı bildirilmişdi.

Избранный
23
teleqraf.com

1Источники