RU

Morales Mahaçevə meydan oxudu FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UFC-nin yarımorta çəki dərəcəsində (77 kq) mübarizə aparan məğlubedilməz idmançısı Maykl Morales liqanın hazırkı çempionu İslam Mahaçevə müraciət edib.

İdman.Biz xəbər verir ki, Morales RAF turniri zamanı kameraya rusiyalı döyüşçünün fotosunu nümayiş etdirərək, onu döyüşə çağırdığına işarə edib.

Hazırda Mahaçev UFC-də 16 qələbəlik seriya ilə irəliləyir. İslamın hesabında ümumilikdə 28 qələbə və bir məğlubiyyət var.

Rusiyalı idmançı Nyu-Yorkda keçirilən UFC 322 turniri çərçivəsində baş tutan sonuncu döyüşündə avstraliyalı Cek Della Maddalena ilə qarşılaşıb.

Qeyd edək ki, Maykl Morales peşəkar MMA karyerasına 2017-ci ilin iyulunda başlayıb. O, karyerası ərzində keçirdiyi 19 döyüşün hamısında qələbə qazanıb ki, bunlardan da 15-i vaxtından əvvəl başa çatıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
1
icma.az

2Источники