RU

İran ABŞ və İsrailin məsuliyyətə cəlb olunması üçün BMT-yə müraciət edib

BAKI, 2 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkə liderinə qəsdən hücum beynəlxalq sistemin sabitliyini sarsıdır və “Pandoranın qutusunu” açır.

Teleqraf xəbər verir ki, Əraqçi BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda İranın ABŞ və İsrailin məsuliyyətə cəlb olunması üçün konkret addımlar atılmasını tələb etdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail tərəfindən törədilən hərəkətlər insanlığa qarşı cinayətlər və hərbi cinayətlər kimi qiymətləndirilməlidir.

Избранный
41
teleqraf.com

1Источники